Bank Of Baku

Bu il Azərbaycan təbii qaz ixracını azaldıb

Bu il Azərbaycan təbii qaz ixracını azaldıb
# 09 mart 2018 10:16 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 29 mln. 428,88 min ABŞ dolları dəyərində 205 048,95 min kubmetr təbii qaz ixrac edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verir.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 121 mln. 670,68 min kubmetr və ya 37,24% azdır. Məbləğ baxımından isə illik nisbətdə 9 964,87 min dollar və ya 25,30% azdır.

 

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral ayında Azərbaycandan xarici ölkələrə 39 mln. 393,75 min dollar dəyərində 326 mln. 719,63 min kubmetr təbii qaz ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracının 1,33%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR