Bank Of Baku

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 3% artıb

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 3% artıb
# 17 iyun 2017 10:01 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 732,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 1,8%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,1% azalaraq 117 mln. manat təşkil edib.

 

Ötən 5 ay müddətində Azərbaycanda 9 591,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 3% çoxdur.  Bunun 8 313,9 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 3,4% çoxdur.

 

Bunun 857,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 3,4% çoxdur.

 

Bu il ərzində Azərbaycanda 7,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 6,3% azdır.

 

Bu il ərzində ölkədə 17,4 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 24% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR