Bank Of Baku

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 2%-dək azalıb

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 2%-dək azalıb
# 19 mart 2018 09:03 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 334,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,9% azalaraq 43 mln. manat təşkil edib.

 

Ötən iki ay ərzində Azərbaycanda 4 120,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,7% azdır.

 

Bunun 184,3 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 14,3% azdır.

 

Bunun 3 780,9 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə eyni səviyyədə 0,5% azdır.

 

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 2,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 31,4% azdır.

 

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 4,4 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 2,1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR