Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 808,5 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,1% artaraq 121,9 mln. manat təşkil edib.
Ötən 5 ay ərzində Azərbaycanda 9 569,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 0,2% azdır.
Bunun 743,6 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 13,4% azdır.
Bunun 8 448,8 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə eyni səviyyədə 1,6% çoxdur.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 6,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə 13,5% azdır.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 15,1 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 13,2% azdır.