Bank Of Baku

Bu il Azərbaycanda neft-qaz sektorunda istehsal 3% azalıb

Bu il Azərbaycanda neft-qaz sektorunda istehsal 3% azalıb
# 11 dekabr 2014 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 70,4%-i istehsal olunmuş mədənçıxarma bölməsində 38,4 mln. ton neft, 17,0 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

 

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4%-ni təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

 

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6% üstələyib, neft-qaz sektorunda isə 3,0% azalıb. Ümumi sənaye istehsalının 92,7%-i malların (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,1%-i özəl bölmədə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR