Bank Of Baku

Bu il Azərbaycanda qızıl istehsalı 5 dəfəyə yaxın artıb

Bu il Azərbaycanda qızıl istehsalı 5 dəfəyə yaxın artıb
# 16 may 2018 13:14 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 758,2 kq qızıl istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7 dəfə çoxdur. Bu ilin mayın 1-nə 54 kq hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin yanvar-aprel aylarında ölkədə 249,0 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin mayın 1-nə 18,3 kq hazır məhsul ehtiyatı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR