Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsal edilmiş məhsulun ümumi dəyəri 34% artaraq 292,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 6 ayında ölkədə 85,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7,3% azdır.
Bu ilin yanvar-iyun aylarında tikinti kərpicinin istehsalı 9% azalaraq 124,2 min kubmetr təşkil edib. Bu ilin 6 ayı ərzində şüşə lifindən iplik istehsalı 55,6% azalaraq 156,9 ton olub.
Tikinti gipsinin istehsalı 52% azalaraq 23,3 min ton olub. Yanvar-iyun aylarında tikinti əhənginin istehsalı 31,9% artaraq 14,4 ton təşkil edib.
Bu il sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 41,9 ton olaraq, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 25,1% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 60,2% azalaraq 39,4 min kubmetr təşkil edib.
Ötən 6 ay ərzində hörmə üçün hazır beton qarışığının istehsalı 2 dəfə artaraq 647,6 min ton təşkil edib. Bu müddət ərzində ölkədə sement istehsalı 25% artaraq 1 611,8 min ton, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 68,8% artaraq 10 759,5 ton təşkil edib.