Bank Of Baku

Bu il Azərbaycanda traktor istehsalı 2 dəfədən çox artıb

Bu il Azərbaycanda traktor istehsalı 2 dəfədən çox artıb
# 17 iyun 2017 10:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 97,4 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 18,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 24,4% artıb.

 

Bu ilin 5 ayında Azərbaycanda cəmi 1 ədəd yük avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 91,1% azdır.

 

Bu ilin 5 ayında ölkədə 535 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Nəticədə, bu ilin iyun ayının 1-nə 1 ədəd hazır məhsul ehtiyatı yaranıb.  Bu müddət ərzində 21 ədəd minik avtomobili istehsal edilib ki, bu da iyun ayının 1-nə 132 ədəd hazır məhsul ehtiyatı yaradıb.

 

İlin 5 ayında ölkədə xüsusi təyinatlı kommunal maşınların istehsalı 1 470 ədəd olub ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 dəfə çoxdur. Nəticədə, bu ilin iyun ayının 1-nə 602 ədəd hazır məhsul ehtiyatı yaranıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR