Bank Of Baku

Bu il Azərbaycandan Gürcüstana 25 mln. dollarlıq elektrik enerjisi ixrac olunub

Bu il Azərbaycandan Gürcüstana 25 mln. dollarlıq elektrik enerjisi ixrac olunub
# 19 aprel 2018 10:32 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 24 mln. 780,2 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

 

APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd edilib.

 

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 1 mln. 115,3 min dollar və ya 4,7% artıb.

 

Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana 23 mln. 664,9 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR