Bank Of Baku

Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqletmə 3%-dək artıb

Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqletmə 3%-dək artıb
# 15 may 2015 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 15,5 mln. ton neft nəql edilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,2% çoxdur. Nəqletmənin 77,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 12,0 mln. ton və ya 2,6% çox neft ötürülüb. Həmin dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,5 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 8,1 mlrd. kubmetr qaz nəql edilib. Qazın nəqlinin 30,1%-i Bakı-Tbilisi-Ərzurum

Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2,4 mlrd. kubmetr qaz ötürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR