Bu ilin yanvar-may ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1266,1 mln. manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,8% artıb.
Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 5 ayında Bakıda ağ neftin istehsalı 2,6% azalaraq 247,7 min ton olub.
Bu müddət ərzində yanacaq mazutunun istehsalı 87,5% azlaraq 30,1 min ton, neft məhsullarından avtomobil benzininin istehsalı 0,4% azalaraq 521,8 min ton olub.
Bu ilin yanvar-may aylarında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 7,2% artaraq 92,2 min ton, dizel yanacağı istehsalı 5,3% artaraq 850,2 min ton təşkil edib.
Bu ilin 5 ayı ərzində sürtkü yağlarının istehsalı 2,3 dəfə artaraq 21 min ton, neft bitumunun istehsalı 85,6% artaraq 111,9 min ton olub. Neft koksunun istehsalı isə 30,5% artaraq 110,1 min ton təşkil edib.