Bank Of Baku

Bu il BP ARDNŞ-ə 2 mlrd. kubmetr “Azəri-Çıraq-Günəşli” səmt qazı verib

Bu il BP ARDNŞ-ə 2 mlrd. kubmetr “Azəri-Çıraq-Günəşli” səmt qazı verib
# 20 noyabr 2014 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının operatoru olaraq “BP-Azerbaijan” bu ilin üç rübü ərzində “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa “Səngəçal” terminalına və oradan da ölkənin daxili istifadəsi üçün “Azəriqaz”  dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.

 

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Azəridə”ki üç platformadan - “Mərkəzi”, “Qərbi” və “Şərqi Azəri”dən səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəki kompressor və suvurma platformasına göndərilib. Oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə “Səngəçal” terminalına nəql edilərək ölkənin qaz şəbəkəsinə təhvil verilib. Hazırda “Mərkəzi Azəri”də altı quyudan laya qaz vurma əməliyyatları davam edir.

 

“Qərbi Çıraq”dan hasil edilən səmt qazının böyük hissəsi “Səngəçal” terminalına göndərilib. “Qərbi Çıraq”da qaz kondensasiya və kompressiya sistemlərinin istismar sınaqları başa çatdırılıb və sistemlər tam istismara verilib. Bu, “Qərbi Çıraq” qazının tam həcmdə terminala göndərilməsini təmin edib.

 

“Çıraq” platformasında hasil edilmiş səmt qazının əksər hissəsi isə mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib. BP buxarlanan qaz kompressorları və boru kəmərləri üçün bu ilə planlaşdırılmış işləri başa çatdırıb. Bu isə “Çıraq” platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan verib.

 

Bu ilin birinci üç rübü ərzində BP ARDNŞ-ə gündə təqribən 7,3 mln. kubmetr, ümumilikdə isə 2 mlrd. kubmetr AÇG səmt qazı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR