Bank Of Baku

Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik orta 18 mln. kubmetrə yaxın qaz ötürülüb

Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik orta 18 mln. kubmetrə yaxın qaz ötürülüb
# 30 noyabr 2015 15:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin üç rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 32 mln. dollar əməliyyat xərcləri və 835 mln. dollar əsaslı xərclər sərf edilib.

 

Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin doqquz ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 17,8 mln. kubmetr qaz olub.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. 

 

Qeyd edək ki, “Cənubi Qafqaz Boru Kəməri” şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), “Petronas” (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%). 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR