Bank Of Baku

Bu ilin fevral ayında Türkiyə Azərbaycandan 600 mln. kubmetrə yaxın təbii qaz idxal edib

Bu ilin fevral ayında Türkiyə Azərbaycandan 600 mln. kubmetrə yaxın təbii qaz idxal edib
# 25 aprel 2015 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Türkiyənin qonşu ölkələrdən təbii qaz idxalı xeyli artıb.

 

APA-Economics”in Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) fevral ayı üçün təbii qaz bazarı ilə bağlı yaydığı hesabatına istinadən verdiyi məlumata görə, ilin ikinci ayında qardaş ölkənin təbii qaz idxalı keçən ilin eyni ayına nisbətdə 9,83% artaraq 4 mlrd. 634 mln. kubmetrə çatıb. Bu rəqəm bu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 363 mln. kubmetr və 7,26% azdır.

 

Məlumata görə, ən çox təbii qaz idxalı Rusiyadan edilib. Belə ki, ötən ay bu ölkədən Türkiyəyə 2 mlrd. 459 mln. kubmetr qaz idxal edilib. İran bu siyahıda 688  mln. kubmetr həcmlə ikinci yerdə qərarlaşıb.

 

Azərbaycan isə Türkiyəyə 536 mln. kubmetr təbii qaz ixrac edərək bu siyahıda üçüncü sırada olub. Bu, ötən ayın göstəriciləri ilə müqayisədə 41 mln. kubmetr və 7,1% azdır.

 

Fevralda Türkiyənin maye qazı (LNG) idxalı isə ümumilikdə 950 mln. kubmetr təşkil edib ki, bu da daha əvvəlki ayla müqayisədə 30 mln. kubmetr və  3,26% çoxdur. Belə ki, bu qazın istehsal edilərək satışa təqdim edilən miqdarı 24,78% azalaraq 30 mln. 092 min kubmetrə enib.

 

Hesabata görə, Türkiyədə təbii qazın istehlakı da ötən ilin fevral ayı ilə müqayisədə 7,25% artaraq 4 mlrd. 880 mln. kubmetrə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR