Bank Of Baku

Bu ilin I yarısında 247 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu ilin I yarısında 247 çoxmərtəbəli binaya təbii qaz verilib
# 05 avqust 2015 11:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, görülən işlərin nəticəsidir ki, “Azəriqaz” cari ilin yanvar-iyul aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 247 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4 324 ailə yaşayır.

 

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR