Bank Of Baku

Bu ilin I yarısında Kulevi terminalı ilə neft və neft məhsullarının nəqli 28% azalıb

Bu ilin I yarısında Kulevi terminalı ilə neft və neft məhsullarının nəqli 28% azalıb
# 21 iyul 2014 15:46 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin I yarısında Gürcüstanda ARDNŞ-a məxsus Kulevi terminalı 904 min ton neft və neft məhsulları qəbul edib.

 

APA-Economics”in məlumatına görə, bu, 2013-cü ilin analoji dövründəkindən 28% azdır.

 

“Qəbul olunan və ötürülən yükün həcminin azalması regional neft-qaz bazarında dəyişikliklərlə bağlıdır. Neft və neft məhsulları göndərənlərin dəmiryolu marşrutlarına yox, boru kəmərlərinə üstünlük verməsi terminal vasitəsilə qəbul olunan yükün həcminin azalmasına səbəb olub” - deyə məlumatda bildirilib.

 

Hesabat dövründə Kulevi terminalında qəbul edilmiş yüklərin 46%-ni ağır, 53%-ni yüngül neft məhsulları, 0,9%-ni isə propilen təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR