Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri üzrə əməliyyat xərclərinə 152,4 mln. ABŞ dolları, əsaslı xərclərə isə 84,3 mln. dollar xərclənib.
Kəmərin əsas operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tam il üçün BTC-nin əməliyyat xərclərinin təxminən 230 mln. dollar, əsaslı xərclərin 119 mln. dollar olması gözlənilir.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1%); AzBTC (25.00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5.00%); “Total” (5.00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhllips” (2,50%) və ONGC (BTC) limited” (2,36%) şirkətləri təşkil edir.