Bank Of Baku

Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 600 mln. kubmetrə yaxın təbii qaz idxal edib

Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 600 mln. kubmetrə yaxın təbii qaz idxal edib
# 29 mart 2015 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Türkiyənin təbii qaz idxalı artıb.

 

APA-Economics”in Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) yanvar ayı üçün təbii qaz bazarı ilə bağlı yaydığı hesabatına istinadən verdiyi məlumata görə, ilin ilk ayında qardaş ölkənin təbii qaz idxalı keçən ilin eyni ayına nisbətdə 4,3% artaraq 4 mlrd. 997 mln. kubmetrə çatıb.

 

Məlumata görə, ən çox təbii qaz idxalı Rusiyadan edilib. Belə ki, bu ölkədən Türkiyəyə 2 mlrd. 689 mln. kubmetr qaz idxal edilib. İran bu siyahıda 810 mln. kubmetr həcmlə ikinci yerdə qərarlaşıb. Azərbaycan isə Türkiyəyə 577 mln. kubmetr təbii qaz ixrac edərək bu siyahıda üçüncü sırada olub.

 

Yanvar ayında Türkiyənin maye qazı (LNG) idxalı isə ümumilikdə 920 mln. kubmetr təşkil edib. Belə ki, bu qazın istehsal edilərək satışa təqdim edilən miqdarı 26,28% azalaraq 35 mln. 045 min kubmetrə enib.

 

Hesabata görə, bu ölkədə təbii qazın istehlakı da 0,62% artaraq 5 mlrd. 466 mln. kubmetrə yüksəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR