Bank Of Baku

Çad "ExxonMobil" korporasiyasını 74 mlrd. dollar cərimələyib

Çad "ExxonMobil" korporasiyasını 74 mlrd. dollar cərimələyib
# 07 oktyabr 2016 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Çad məhkəməsi "ExxonMobil" korporasiyasını 74 mlrd. ABŞ dolları məbləğində cərimələyib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məhkəmə sənədlərinə istinadən xəbər verir.
 

Çad hökuməti korporasiyanı vergi öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

 

Ölkə prezidenti Braxim Abbo Abakar "Bloomberg"ə açıqlamasında bildirib ki, faktiki cərimə məhkəmə sənədlərində əks olunan rəqəmlərdən daha az ola bilər.

 

"ExxonMobil" korporasiyasının rəsmisi Todd Spitler isə ittihamları rədd edib: "Biz məhkəmənin qərarı ilə razı deyilik". O əlavə edib ki, şirkət hazırda atılacaq addımlar üzərində düşünür.

 

Maraqlıdır ki, qeyd edilən cərimə Çadın ümumi daxili məhsul istehsalından 5 dəfə  çoxdur. Dünya Bankı ölkənin ÜDM-ni 14 mlrd. dollar həcmində qiymətləndirir.

2006-cı ildə Çad hökuməti "Chevron" və "Petronas" şirkətlərini vergidən yayınmaqda ittiham edib və məsələnin həll edilməsi üçün 24 saat verib. Şirkətlər bu ittihamları rədd ediblər. Sonradan məsələ həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR