Bank Of Baku

Cənubi Qafqaz Boru Kəməri genişləndirilməsi layihəsi üzrə işlərin 99%-i yekunlaşıb

Cənubi Qafqaz Boru Kəməri genişləndirilməsi layihəsi üzrə işlərin 99%-i yekunlaşıb
# 16 fevral 2018 10:10 (UTC +04:00)

2017-ci ildə Cənubi Qafqaz Boru Kəməri genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.

 

“BP-Azerbaijan” şirkətindən “APA-Ecionomics”ə verilən məlumata görə, ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

 

"Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi  yekunlaşdırma işlərinə yönəlib. Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini  təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR