Bank Of Baku

Çexiyanın sənaye və ticarət naziri martda Azərbaycana səfər edəcək

Çexiyanın sənaye və ticarət naziri martda Azərbaycana səfər edəcək
# 14 fevral 2015 08:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, qazandığı uğurlar barədə məlumat verərək, Ermənistan istisna olmaqla, regionun digər ölkələri ilə uğurlu əməkdaşlıq aparıldığını qeyd edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

 

V. Pivonka isə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Görüşdə mart ayında Çexiyanın sənaye və ticarət nazirinin Azərbaycana səfəri və iş adamları arasında biznes forumun keçirilməsi məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR