Bank Of Baku

Ceyhan limanı ilə xam neftin ixracı 45% azalıb

Ceyhan limanı ilə xam neftin ixracı 45% azalıb
# 01 dekabr 2014 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayında Ceyhan limanından 1 012 477 ton xam neft ixrac edib.

 

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7% azdır.

 

Ümumilikdə yanvar-noyabr ayları ərzində Ceyhan limanından 18 288 948 ton xam neft ixrac edilib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 0,04% çoxdur.

 

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR