Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində 2 mln. 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
“APA-Economics”in SOCAR-a istinadən məlumatına görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 26,79% azdır. Bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 mln. 140 min 885 ton təşkil edib ki, bud a 2015-ci ilin 9 ayı ilə müqayisədə 2,12% artıb.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 mln. 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.