Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayı ərzində 2,8 mln. ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 16,66% artım deməkdir. Bu həcmin 1,9 mln. tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17,5 mln. ton təşkil edib. Bu isə ötən ilin yeddi ayı ilə müqayisədə 2,94% artım deməkdir.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər Ceyhan limanından 308,7 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.