Pekində Çinin Milli Neft Korporasiyası və İnkişaf Bankı ilə "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu və Xidmət müqaviləsi imzalanıb.
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, "SOCAR GPC" layihəsi təbii qaz və qaz-kondensat xammalının emalını, təbii qazın tərkibində qaz-kimya istehsalı üçün yararlı olan ağır fraksiyaların polimerləşdirilməsini və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını nəzərdə tutur.
"SOCAR GPC" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə SOCAR-ın yeni bir töhfəsi olacaq.