Bank Of Baku

David Məmmədov: ""Azərneftyağ”ın fəaliyyətinin dayandırılması yanacağın keyfiyyətinə təsir etməyəcək"

David Məmmədov: ""Azərneftyağ”ın fəaliyyətinin dayandırılması yanacağın keyfiyyətinə təsir etməyəcək"
# 25 dekabr 2014 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Aynur Əliyeva - APA-Economics. “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək.APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib. “Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha da yaxşılaşdıracaq”, - deyə D. Məmmədov söyləyib.

 

Vitse-prezident əlavə edib ki, hazırda “Azərneftyağ” zavodunun tamamilə bağlanmasından söhbət gedə bilməz, çünki müəssisədə bitum istehsalı aparılır. D. Məmmədov deyib ki, “Azərneftyağ”ın fəaliyyətinin tam dayandırılması 2018-ci ildə, yəni “Heydər Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra mümkün ola bilər.

 

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov isə qeyd edib ki, "Azəreftyağ"ın fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Vitse-prezident bunu tikilməkdə olan yeni neft-qaz emalı və neft-kimya kompleksinin qeyd olunan tarixdə istismara veriləcəyi ilə əlaqələndirib.

 

Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmri ilə “Azərneftyağ” Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla, gələn ilin yanvarın 1-dən fəaliyyətinə xitam verilməsi barədə qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR