Bakı – APA-Economics. Dünən Davosda «SOCAR - Azərbaycanın enerjisi» adlı Azərbaycan gecəsi keçirilib.
«APA-Economics»in «Azərtac»a istinadən verdiyi xəbərə görə, bu tədbir Davosda Dünya İqtisadi Forumu çərçivəsində artıq üçüncü dəfə təşkil olunur, məqsədi isə ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələri və banerlərinin vurulması da məhz bu amilə xidmət edib.
Minədək qonağın iştirak etdiyi gecə «Azərbaycan - gələcəyin ölkəsi» adlı videoçarxın nümayişi ilə başlayıb. Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan A
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolunu qeyd edib. G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.