Bank Of Baku

Dənizdə itkin düşmüş neftçilərin axtarışına FHN-in təyyarəsi də cəlb olunub

Dənizdə itkin düşmüş neftçilərin axtarışına FHN-in təyyarəsi də cəlb olunub
# 11 dekabr 2015 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışlarına Fövqəladə Hallar Nazirliyinin 1 təyyarəsi də cəlb edilib.

 

Bu barədə “APA-Economics”ə SOCAR-ın “Azneft” İstehsalat Birliyindən məlumat veriblər.

 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, 2 gəmisi, 1 təyyarəsi itkin düşmüş insanların axtarışını davam etdirir. Bundan başqa, nazirliyin əlavə canlı qüvvəsi Pirallahı ərazisində sahil boyu vizual axtarış edirlər.

 

Həmçinin, Sərhəd Xidmətinin 2 helikopteri və 2 gəmisi də axtarışla məşğul olur. SOCAR tərəfindən AZAL-dan sifariş edilmiş 2 helikopter də axtarışla məşğuldurlar.

 

Məlumata görə, yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir və bu prosesə 5 gəmi cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR