Bank Of Baku

Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir

Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir
# 13 iyul 2018 06:02 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun  nümayəndəsi Vinsent Kampos deyib.  

 

Onun sözlərinə görə, ABŞ “Şimal axını-2” layihəsinə qarşı çıxış edir: “Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək”.    

 

“Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək  “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - deyə Vinsent Kampos qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR