Ləğv prosesində olan Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri debitor və kreditorlarına yenidən müraciət edib.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışa istinadən xəbər verir ki, Energetika Nazirliyi tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 04.01.2018-ci il tarixli əmri ilə yaradılan ləğvetmə komissiyasının debitorların və kreditorların nəzərinə çatdırır ki, ləğvetmə ilə əlaqədar məsələlərlə bağlı müraciətlərə martın 9-dək baxılacaq.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri təqdim etməlidirlər.