Bank Of Baku

Əfqan İsayev: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib”

Əfqan İsayev: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib”
# 13 oktyabr 2017 15:11 (UTC +04:00)

Bu il avqustun ayının əvvəlinə olan göstəriciyə görə, Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin seqmenti olan "Şahdəniz 2" üzrə 16,4 mlrd. dollar vəsait xərclənib.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti"nin ikinci günündə çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.

 

Onun sözlərinə görə, "Şahdəniz 2" layihəsinin dəyəri 23,9 mlrd, dollar təşkil edir: “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə 3,8 mlrd, dollar vəsait xərclənib. Layihənin ümumi dəyəri isə 4,7 mlrd. dollardır".

 

O bildirib ki, hesabat dövrünə Trans Anadolu Boru Kəməri (TANAP) üzrə xərclərin həcmi 4,5 mlrd. dollar təşkil edib: “TANAP-ın ümumi dəyəri 8 mlrd. dollardır. Layihənin ilkin dəyəri 11 mlrd. dollar idi".

 

Ə. İsayev qeyd edib ki, Trans Adriatik Boru Kəmərinə (TAP) avqustun əvvəlinə 2,3 mlrd. avro vəsait xərclənib: “TAP-ın ümumi dəyəri isə 4,5 mlrd. avro təşkil edir. TAP-la ilk Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR