Bank Of Baku

Əhalinin “Azəriqaz”a debitor borcları 0,9% azalıb

Əhalinin “Azəriqaz”a debitor borcları 0,9% azalıb
# 14 may 2014 14:26 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin aprel ayı ərzində ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 229 032 589 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 102,5% vəsait toplanılıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisinin səbəbi 2013-2014-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalması və istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməsidir. Həmin dövr ərzində yaranmış debitor borclar hazırda abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə 2013-cü ilin aprel ayı ərzində debitor borc 0,9% azalıb.

 

Qeyd edək ki, 2014-cü il mayın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 116 195 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub.

 

                              

                                                       

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR