Bank Of Baku

Elektrik enerjisi istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib

Elektrik enerjisi istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib
# 07 aprel 2016 08:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.


APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edib.

 

Dəyişikliyə əsasən Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

 

Bu qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR