Bank Of Baku

Etibar Pirverdiyev: "Bizə olan borclar qaytarılsa, biz də borclarımızı qaytararıq"

Etibar Pirverdiyev: "Bizə olan borclar qaytarılsa, biz də borclarımızı qaytararıq"
# 20 oktyabr 2016 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib. "APA-Economics" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

 

"Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizimə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.

 

E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: "Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR