Bank Of Baku

Əzizullah Ramazani: “İran Türkmənistan və Azərbaycanla əməkdaşlıq çərçivəsində Avropaya qaz ixrac etməyin yollarını axtarır”

Əzizullah Ramazani: “İran Türkmənistan və Azərbaycanla əməkdaşlıq çərçivəsində Avropaya qaz ixrac etməyin yollarını axtarır”
# 19 yanvar 2015 10:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İran Avropanın 12 ölkəsinə 25 mlrd. kubmetrdən 35 mlrd. kubmetrə qədər təbii qaz ixrac edə bilər.

 

APA-Economics”in İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın Milli Qaz Şirkətinin Beynəlxalq məsələlər üzrə sədri Əzizullah Ramazani deyib.

 

“İran Türkmənistan və Azərbaycanla əməkdaşlıq çərçivəsində  Avropaya qaz ixrac etməyin yollarını axtarır”, - deyə Ə.Ramazani vurğulayıb.

 

Ə.Ramazanı onu da bildirib ki, hal-hazırda dünya qaz ticarətinin 1,5%-i İranın nəzarəti altındadır, bu rəqəm 2025-ci ilə qədər 10% artacaq.

 

Qeyd edək ki, 2014-cu ildə İranın qaz ixracı balansı 3,4 mlrd. kubmetr təşkil edib. “2014-cü ildə İran 9,75 mlrd. kubmetr həcmində qaz ixrac edib. Halbuki həmin il qaz idxalı 6,32 mlrd. kubmetr təşkil edib”, -deyə Ə. Ramazani qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR