Bank Of Baku

Fevralda Azərbaycan enerji istehsalını ötən ilki səviyyədə saxlayıb

Fevralda Azərbaycan enerji istehsalını ötən ilki səviyyədə saxlayıb
# 10 mart 2015 13:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında ölkə enerji sistemində 2 mlrd. kVt/saat yaxın elektrik enerjisi istehsal edilib.

 

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir. 2014-cü ülin fevral ayında ölkədə 2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.

 

Bu ilin ötən 2 ayı ərzində isə 4,2 mlrd. kVt/saat artıq elektrik enerjisi istehsal edilib. Bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə eynidir. Ötən ilin iki ayı ərzində ölkənin enerji sistemində 4,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR