Bank Of Baku

Fevralda elektrik enerjisi istehsalı artıb

Fevralda elektrik enerjisi istehsalı artıb
# 02 mart 2018 09:46 (UTC +04:00)

“Azərenerji” ASC tərəfindən 2018-ci ilin fevral ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,921 mlrd. kilovat-saat olub.

 

“Azərenerji”dən "APA-Economics"ə verilən məlumata görə, bu, 2017-ci ilin fevral ayı ilə müqayisədə 0,68% çoxdur.

 

Qeyd edək ki, ötən ilin fevralında istehsal edilən elektrik enerjisinin həcmi 1,908 mlrd. kilovat-saat təşkil edib.

 

"Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb" - deyə məlumatda vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR