Bank Of Baku

Fevralda Gürcüstan Azərbaycandan neft məhsulları idxalını azaldıb

Fevralda Gürcüstan Azərbaycandan neft məhsulları idxalını azaldıb
# 12 mart 2018 10:56 (UTC +04:00)

Bu ilin fevral ayında Gürcüstan Azərbaycandan 8,9 min ton benzin və dizel yanacağı idxal edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, yanvar ayı ilə müqayisədə bu göstərici 0,5 min ton azdır.

 

Ötən ay qonşu ölkənin neft məhsulları idxalının 11,9%-i Azərbaycanın payına düşüb.

 

Fevral ayında Gürcüstan, ümumilikdə 74,7 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da yanvar ayı ilə müqayisədə 3,6 min ton çoxdur. İdxal olunmuş neft məhsullarının 40,6 min tonunu benzin, 34,1 min tonunu isə dizel yanacağı təşkil edib.

 

Azərbaycanla yanaşı, Gürcüstan ən çox Rusiya (26,5 min ton), Rumıniya (17,3 min ton), Türkmənistan (13,9 min ton), Bolqarıstan (5,2 min ton) və Yunanıstandan (2,9 min ton) qeyd olunan neft məhsullarını idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR