Bank Of Baku

Gədəbəydə yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb

Gədəbəydə yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb
# 16 oktyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov  - APA-Economics. Azərbaycanın Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

 

APA-Economics”in “Anglo Asian Mining plc” şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, bu ilin III rübü ərzində ölkədə qızıl və gümüş istehsalı xeyli artıb.

 

Belə ki, bu ilin III rübündə Gədəbəyin yataqlarından şirkət tərəfindən 18 165 unsiya  qızıl hasil edilib. Bununla da bu ilin 9 ayında istehsal olunan qızılın həcmi 54 103 unsiyaya çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Qeyd edək ki, bu ilin I rübündə sözügedən yataqlardan 17 193, II rübündə 18 745, III rübündə 18 165 unsiya qızıl istehsal edilib.

 

Məlumata görə, III rübdə 216 ton mis, 4439 unsiya gümüş istehsal olunub. İl ərzində isə 10 916 unsiya, 634 ton mis hasil olunub.

 

Bildirilib ki, bu ilin III rübündə 14 871 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 123 dollar təşkil edib. Bu il ərzində hər unsiyası orta hesabla 1 179 dollar olmaqla, ümumilikdə 48 165 unsiya qızıl satılıb. 

 

Bu ilin dekabrın 31-nə qədər qızıl istehsalını 70-75 min unsiya arasında dəyişəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR