Bank Of Baku

Gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müzakirə edilib

Gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müzakirə edilib
# 26 dekabr 2016 13:16 (UTC +04:00)

Energetika Nazirliyində "Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı"nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

 

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, "Azərenerji" ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib. Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb.

 

Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR