Bank Of Baku

Gələn ildən Azərbaycanda sıxılmış təbii qaz stansiyalarının inşasına başlanacaq

Gələn ildən Azərbaycanda sıxılmış təbii qaz stansiyalarının inşasına başlanacaq
# 05 noyabr 2014 09:44 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.


Onun sözlərinə görə, bu cür stansiyaların tikilməsi üçün hökumət ARDNŞ-yə müvafiq tapşırıqlar verib: “Artıq “Azəriqaz” və bir neçə şirkət sıxılmış təbii qaz stansiyalarının (CNG) tikilməsi layihəsinə başlayıb. Sıxılmış təbii qaz ilk olaraq gələn ilin birinci yarısında Bakıya gətiriləcək qazla işləyən avtobuslarda istifadə olunacaq”.

 

R. Abdullayev qeyd edib ki, stansiyalar Bakı və paytaxtın ətrafında yerləşəcək.


O, əlavə edib ki, stansiyaların sayı ilbəil artacaq: “Azərbaycanın hər 180 km-də bu stansiyalar yerləşdiriləcək. Düşünürəm ki, bu həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəlidir. Gürcüstanda bunun müsbət nəticəsini gördük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR