Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 354 mln. 43 min kv/saat elektrik enerjisi idxal edib.
APA-nın yerli bürosu “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin analoji göstəricisindən 22% çoxdur.
Yanvar ayında qonşu ölkə Rusiyadan 8 mln. 8 min kv/saat, Ermənistandan isə 7 mln. 576 min kv/saat elektrik enerjisi idxal edib. Fevral ayında isə Gürcüstan yalnız Azərbaycandan elektrik enerjisi idxal edib.
Ötən ay Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 13 mln. 433 min kv/saat elektrik enerjisi çatdırılıb.