Bank Of Baku

Gürcüstan bu il Azərbaycandan 136 mln. dollarlıq qaz alıb

Gürcüstan bu il Azərbaycandan 136 mln. dollarlıq qaz alıb
# 19 may 2017 10:22 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 136 mln. 367,3 min dollar dəyərində 687 min 155,5 kubmetr qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.


2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 80 min 861,9 kubmetr və ya 13,38% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 25 mln. 476,6 min dollar və ya 22,97% çoxdur.


Qeyd edək ki, ötən ilin yanvar-aprel ayları ərzində Gürcüstandan Azərbaycana 110 mln. 890,7 min dollar dəyərində 606 min 293,6 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR