Bank Of Baku

Gürcüstan yanacaq idxalını azaldıb

Gürcüstan yanacaq idxalını azaldıb
# 26 dekabr 2017 11:47 (UTC +04:00)

Cari ilin yanvar-noyabr aylarında Gürcüstan 979,1 min ton benzin və dizel yanacağı idxal edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 78,2 min ton və ya 7,4% azdır.

 

2017-ci ilin üç rübü ərzində qonşu ölkədə 2197,7 ton benzin və 8334,8 ton dizel yanacağı istehsal olunub.

 

Yanvar-noyabr aylarında Gürcüstanda aviasiya nefti və maye qazın idxalında artım qeydə alınıb. Bu dövr ərzində 83,9 min ton aviasiya nefti (+25,2%) və 13,7 min ton maye qaz (+14,2%) idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR