Bank Of Baku

Gürcüstanda 4 trilyon kubmetrlik qaz yatağı tapılıb

Gürcüstanda 4 trilyon kubmetrlik qaz yatağı tapılıb
# 03 fevral 2016 14:58 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanda 3,8 trilyon kubmetrlik qaz yatağı aşkarlanıb. "APA-Economics" xəbər verib ki, Şərqi Gürcüstan ərazisində yerləşən yatağı ABŞ-ın "Frontera Resources" şirkəti aşkarlayıb.

 

Bildirilir ki, şirkət qarşıdan gələn 5 il ərzində yataqdan hasil olunan qazı Türkiyə və Avropa ölkələrinə ixrac etmək niyyətindədir.

 

Buna münasibət bildirən Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib ki, nazirlik şirkətdən rəsmi təsdiq gözləyir: "Artıq 3 ildir ki, ABŞ şirkəti buna bənzər bəyanatlar verir. Əvvəl bildirirdi ki, yatağın ehtiyatları 43 milyard kubmetrdir, sonra bu rəqəm 1 trilyona çatdı, indi də deyirlər ki, 3,8 trilyon kubmetr qaz ehtiyatlarına malik yataq aşkarlamışıq. Biz bununla bağlı rəsmi təsdiq gözləyirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR