Bank Of Baku

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər qazlaşdırılacaq

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər qazlaşdırılacaq
# 04 aprel 2018 11:14 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi və Qardabani rayonlarının kəndləri qazlaşdırılacaq.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumət iclasında deyib ki, ölkənin müxtəlif rayonlarının kəndlərində yaşayan 17 517 ailə təbii qazla təmin olunacaq.
 

Baş nazirin sözlərinə görə, qazlaşdırılma işlərinə dövlət büdcəsindən 39,5 milyon lari ayrılacaq: “Qazlaşdırma ilə bağlı genişmiqyaslı layihələr 19 bələdiyyənin 80 kəndi və bir şəhərində həyata keçiriləcək”. 
 

G. Kvirikaşvili bildirib ki, 2013-2017-ci illərdə 80 min ailə təbii qazla təmin olunub. 
 

Qeyd edək ki, Gürcüstanın bölgə və kəndlərinin qazlaşdırılması ilə “SOCAR Georgia Gas” şirkəti məşğul olur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR