Bank Of Baku

Gürcüstanın aviasiya neftinin idxalının 32%-i Azərbaycanın payına düşür

Gürcüstanın aviasiya neftinin idxalının 32%-i Azərbaycanın payına düşür
# 16 noyabr 2017 12:42 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 24,5 min ton aviasiya nefti idxal edib.

 

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, 10 ay ərzində qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 31,4%-i Azərbaycanın payına düşüb.

 

Hesabat dövründə Gürcüstan ümumilikdə 78,1 min ton aviasiya nefti idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.

 

Gürcüstan Azərbaycanla yanaşı qeyd olunan neft məhsulunu Türkmənistan (36,1 min ton), Yunanıstan (16,2 min ton), Türkiyə (0,8 min ton) və İtaliyadan (0,5 min ton) da idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR