Bank Of Baku

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün rayonlarda təmir işlərini başa çatdırıb

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün rayonlarda təmir işlərini başa çatdırıb
# 07 yanvar 2015 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar verilmiş proqnozlar nəzərə alınaraq, səhər saat 10:00-dan etibarən “Qaz İxrac” İdarəsinin qrafikə uyğun olaraq bir sıra magistral qaz kəmərləri sahələrində apardığı təmir işlərinə həmin sahələrin əməkdaşları ilə birlikdə əlavə qüvvələr də cəlb olunub, işlər sürətləndirilib və başa çatdırılıb.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib.

 

Hazırda Xızı rayonun Yaşma və Giləzi, Hacıqabul rayonun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR