Bank Of Baku

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola salınıb

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola salınıb
# 23 fevral 2018 09:46 (UTC +04:00)

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu 23 fevral 2018-ci il tarixdə “Kaspian Drilinq Kompani” şirkətinin (Caspian Drilling Company Ltd) Dəniz Təchizatı və Logistika Bazasından Abşeron yatağında qazıntı işləri aparmaq üçün dənizə yola salınıb.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun inşaatı 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisi “Kaspian Drilinq Kompani” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək.

 

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu SOCAR və TOTAL şirkətlərinin pay sahibi olduğu Abşeron qaz yatağında ABX-2 quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra ABD001 quyusunu qazacaq. Bu da Abşeron yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.

 

Yola salınma münasibətilə Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun tikintisini həyata keçirən və tikintini idarə edən “Kaspian Drilinq Kompani” şirkətinin heyəti, şirkətin Baş Direktoru Fərid Axundov, TOTAL şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yola salma mərasimi keçirilib və Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR