Bank Of Baku

"Petkim"in obyektlərində aparılan əməliyyatlarda 11 nəfər saxlanılıb - YENİLƏNİB

"Petkim"in obyektlərində aparılan əməliyyatlarda 11 nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 02 avqust 2016 10:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb.

 

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmə aralarında "Petkim"in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb. Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində saxlanılıb.

***

11:08

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

 

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.

 

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

 

Saxlanılanlar barədə məlumat yoxdur.

 

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan başqa, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

 

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR